Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri”nin Rəfiq Zəka Xəndana həsr edilən növbəti buraxılışı yayımlanıb
30.01.2023 17:06
  • A-
  • A
  • A+

“Axşam görüşləri”nin Rəfiq Zəka Xəndana həsr edilən növbəti buraxılışı yayımlanıb

Azərbaycan Radiosunda, 105 FM tezliyində “Axşam görüşləri” proqramının görkəmli Azərbaycan yazıçısı və şairi Rəfiq Zəka Xəndana həsr edilən növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verlişdə Rəfiq Zəka Xəndanın ömür yoluna nəzər salınıb, onun zəngin yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Verlişdə akademik Rafael Hüseynov 2014-cü ilin 31 may tarixində Nizami muzeyində Rəfiq Zəka Xəndanın növbəti yuvarlaq ildönümü ərəfəsində mərhum akademik Akif Hacıyev və Xalq şairi Sabir Rüstəmxanlının şairlə bağlı söhbətlərini xatırladıb.

Bildirilib ki, millətin ürəyindəki Rəfiq Zəka sevgisi heç vaxt dəyişilməyəcək, onun şeirlərindəki düşüncə və duyğular seli hər yeni gündə dünənlərdəki kimi təzə, sabahlara ümidlə, inamla dolu olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: