Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb
31.01.2023 11:16
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları Eldar Məmmədbəyli, Gülsüm Hacıyeva və İsa Cəfərovun həmmüəllifliyi ilə “Aminometilləşmə reaksiyası bioloji fəal norbornen törəmələrinin sintezində” (Azərbaycan və rus dillərində) adlı monoqrafiya çapdan çıxıb.

Kitab termiki və müxtəlif təbiətli katalizatorların iştirakında aparılan aminometilləşmə reaksiyası sahəsində son zamanlar aparılan tədqiqat işlərinin ümumiləşdirilməsinə həsr olunub.

Monoqrafiya neft-kimya sintezi sahəsində çalışan elmi mütəxəssislər, o cümlədən doktorant və tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: