Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub
31.01.2023 15:42
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Allahverdiyeva və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Fatimə Mustafayevanın həmmüəllifi olduqları “Physical-mechanical properties of multifunctional thermoplastic elastomers based on polyolefins and styrene-butadiene elastomer” adlı məqalə “Journal of Elastomers & Plastics” jurnalında dərc olunub.

Məqalədə stirol-butadien elastomerinin miqdarının yuxarı sıxlıqlı polietilen, aşağı sıxlıqlı polietilen, polipropilen, etilen-heksen-1 birgəpolimeri, random polipropilen və etilen-propilen blok birgəpolimeri kimi geniş çeşidə malik termoplastik poliolefinlər əsasında olan polimer qarışıqların dartılmada möhkəmlik həddi, dartılmada axıcılıq həddi, nisbi uzanma, entalpiya və ərimə temperaturu, istiliyə davamlılıq və ərintinin axıcılıq göstəricilərinin dəyişmə qanunauyğunluqlarına təsirinin nəticələri təqdim olunub. İlk dəfə olaraq polimer kompozitlərin elektrik keçiriciliyinin polimer matrisin kristallik dərəcəsi ilə asılılığı barədə məlumat verilib.

Qeyd edək ki, elastomerlərin və plastik kütlələrin istehsalı və marketinqi sahələri üzrə orijinal tədqiqatların dərc olunduğu “Web of Science”, “Science Citation Index Expanded” və s. beynəlxalq elmi bazalara daxil olan bu jurnal  yüksək impakt faktora malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: