Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.02.2023 09:55
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev və sözügedən agentliyin əməkdaşı Əkbər Quliyev iştirak edib.

Tədbirdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev qonaqları salamlayıb və rəhbərlik etdiyi elmi müəssisənin tarixi, elmi-təşkilati fəaliyyəti və əldə etdiyi mühüm nəticələri diqqətə çatdırıb. Çıxışı zamanı sözügedən müəssisənin maddi-texniki və kadr potensialı, həmçinin işğaldan azad olunan ərazilərimizdə aparılan tədqiqat işləri haqqında da məlumat verən İ.Mustafayev institutun daha sıx əməkdaşlığa daim hazır olduğunu bildirib, eləcə də radioaktiv tullantıların inventarlaşdırılmasının və bu sahadə birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva elmi müəssisənin beynəlxalq əməkdaşlıq əlaqələri, həmçinin laboratoriyaların elmi istiqamətləri və əldə etdiyi mühüm nəticələr haqqında qonaqlara məlumat verib.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev Radiasiya Problemləri İnstitutu haqqında təəssüratlarını bölüşüb, eləcə də aparılacaq tədqiqatların hüquqi əsasları və mövcud qanun layihələri haqqında məlumat verib.

Radiasiya təhlükəsizliyi istiqamətində tədrisin keyfiyyətinin artırılması üçün müvafiq təlim və seminarların keçirilməsinin nəzərdə tutulduğunu, eyni zamanda əhalinin bu sahədə marifləndirilməsinin vacibliyini qeyd edən N.Əliyev gələcəkdə radiasiya təhlükəsizliyi üzrə Monitorinq Mərkəzinin yaradılacağını da bildirib.

Sonda çıxış edən institutun laboratoriya rəhbərləri kimya elmləri doktoru, dosent Xaqani Məmmədov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılmış tədqiqat işləri və onların nəticələri, eləcə də rodon təhlükəsizliyi və bu sahədə görüləcək işlər haqqında məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: