Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.02.2023 09:36
  • A-
  • A
  • A+

Macarıstanlı naşir Əlyazmalar İnstitutunun qonağı olub

Macarıstanlı naşir Əlyazmalar İnstitutunun qonağı olub

Macarıstanın “Arcanum” rəqəmsal nəşriyyat qurumunun icraçı direktoru Elöd Biszak AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

ADA Universitetinin təşəbbüsü ilə baş tutmuş görüşdə qonağı Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qəbul edib, ona institutun fəaliyyət istiqaməti, elmi müəssisədə icra olunan işlər barədə məlumat verib.

E.Biszak institutda həyata keçirilən əlyazmaların elektronlaşdırılması prosesi haqqında məlumat əldə etmək istədiyini bildirib. Daha sonra o, Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsində əlyazmaların elektronlaşdırılması, elektron kataloqun hazırlanması, şifrələr üzrə təsnifləşdirilməsi və bu kimi bir sıra proseslərlə tanış olub, institutumuzda görülən işlər barədə özünün təmsil etdiyi müəssisədə məlumat verəcəyini, gələcəkdə Əlyazmalar İnstitutunun materiallarının daha müasir formada elektronlaşdırılaraq dünya miqyasında istifadəsi imkanlarının genişləndirilməsi məqsədilə üçtərəfli müqavilənin imzalanmasının mümkünlüyünü bildirib.

Qonaq, həmçinin institutun Ekspozisiya zalında nümayiş olunan türk, ərəb və farsdilli nadir əlyazma nüsxələri və H.Z.Tağıyev guşəsi ilə tanış olub, institutun laboratoriyasında əlyazmalar üzərində aparılan bərpa işləri prosesini müşahidə edib.

Görüşün sonunda akademik Teymur Kərimli Elöd Biszaka AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşri olan “Azərbaycan multidissiplinar əlyazması: Xəzinədən incilər” toplusunun ingilis dilində (Multidisciplinary manuscripts of Azerbaijan: Masterpieces of the treasury) variantını hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: