Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2023 17:24
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı və İnstitutun Həmkarlar Təşkilatının dəstəyi ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev gənc alim və mütəxəssisləri Gəncləri günü münasibəti ilə təbrik edib və onlara gələcək elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayıb. Gənclərin ölkəmizin inkişafındakı rolunu yüksək qiymətləndirən İ.Mustafayev bu çətin və məsuliyyətli mərhələlərdə xüsusilə vətənpərvər gəncliyin üzərinə düşən vəzifələrin əhəmiyyətini diqqətə çatdırıb və bu yolda onlara daim dəstək olacağını qeyd edib.

Sonra institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək gəncləri təbrik edib. R.Mehdiyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq tarixi qərarları, fərman və sərəncamları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini bildirən R.Mehdiyeva gənclərin mənəvi inkişafı və vətənpərvərlik tərbiyəsi, xaricdə təhsilin təşviqi və elmi-ictimai fəaliyyət istiqamətində görülən işlər, eləcə də gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqət və qayğının məntiqi nəticəsi olduğunu vurğulayıb.

Daha sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Əli Məmmədov və institutun doktorantı Lamiyə Sadıqlı çıxış edərək gəncləri təbrik ediblər. Çıxış edənlər Azərbaycan gəncliyinə olan etimadın tam doğruldulması üçün daima böyük səylə çalışacaqlarını bildiriblər və gənc əməkdaşlara göstərilən diqqət və qayğının ən böyük stimul olduğunu qeyd ediblər.

Tədbirin sonunda 2022-ci ildəki elmi və ictimai fəaliyyətinə görə Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşları Əli Məmmədov, Gülçin Mahmudlu, Elnur Mehtiyev, Sona Məmmədli, Hüsniyyə Necati Solut və Naibə Cavadzadəyə institut tərəfindən Fəxri fərman təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: