Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Gürcüstanda AMEA əməkdaşının pyesi səhnələşdirilib
03.02.2023 09:08
  • A-
  • A
  • A+

Gürcüstanda AMEA əməkdaşının pyesi səhnələşdirilib

AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin eyniadlı pyesi əsasında Gürcüstanın “BEEZ” Uşaq Teatrında uşaqlar üçün “Qarınqulu ayı balası” tamaşası hazırlanıb.

Tamaşanın rejissoru teatrın qurucusu və bədii rəhbəri Binəli İslamoğludur.

Teatrdan verilən məlumata görə qeyd olunan səhnə əsəri balaca aktyorların ifasında hazırlanıb və əsərin başlıca ideyası sevimli heyvanların dili ilə uşaqlara düz danışmağı, dostluğu təbliğ eləmək, eləcə də əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir.

Sözügedən tamaşanın yaxın vaxtlarda Gürcüstanın Qardabani rayonunda premyerası olacaq. Daha sonra tamaşa qastrol çərçivəsində qardaş ölkənin digər rayonlarında da nümayış etdiriləcək. Tamaşanın Azərbaycanda da nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, Vüqar Haqverdiyev Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, müəllifi olduğu analitik məqalələrə, uşaq əsərlərinə və cizgi film ssenarilərinə görə dəfələrlə nüfuzlu jurnalist, ədəbiyyat və ssenari müsabiqələrində yüksək yerlərə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: