Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şagirdlər Fiziologiya İnstitutunda “Sabahın alimləri” müsabiqəsinə hazırlaşırlar
03.02.2023 15:05
  • A-
  • A
  • A+

Şagirdlər Fiziologiya İnstitutunda “Sabahın alimləri” müsabiqəsinə hazırlaşırlar

Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 132-134 nömrəli Təhsil Kompleksi şagirdlərinin “Sabahın alimləri” XII respublika müsabiqəsinə hazırlıq prosesi davam edir.

“Tibb və sağlamlıq” istiqaməti üzrə müsabiqəyə qatılan məktəblilər Ziya Babayev və Mirzə Seyidov institutun İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının müdiri tibb elmləri doktoru Rəşad Şolanın rəhbərliyi altında Respublika Diaqnostika Mərkəzində keçirilən əməliyyatlarda iştirak ediblər. Şagirdlər müsabiqəyə “Azərbaycan populyasiyasında xroniki böyrək xəstələrində böyrək köçürülməsinin effektivliyinin və həyat keyfiyyətinə təsirinin araşdırılması” mövzusu ilə iştirak hüququ qazanıblar. Hazırda onlar böyrək çatışmazlığı olan xəstələrin kliniki-laborator parametrlərinin statistik təhlili əsasında prezentasiya materiallarının toplanması istiqamətində işləri davam etdirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: