Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA prezidenti türkiyəli həmkarlarına başsağlığı verib
06.02.2023 11:16
  • A-
  • A
  • A+

AMEA prezidenti türkiyəli həmkarlarına başsağlığı verib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Müzəffər Şəkərə, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgenə və Türkiyə Elm və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) rəhbəri, professor Hasan Mandala qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı başsağlığı məktubları göndərib.

Məktublarda deyilir:

Qardaş Türkiyə Respublikasında baş vermiş, böyük insan tələfatı və dağıntılarla nəticələnmiş zəlzələ bizi hədsiz dərəcədə sarsıtdı.

Dəhşətli zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik.

Qardaş Türkiyənin kədəri bizim kədərimizdir. Bütün xalqımız kimi, AMEA-nın kollektivi də həmişə Sizinlə həmrəydir, daim Sizin yanınızdadır.

Dərin kədər hissi ilə

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: