Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şərqşünaslıq İnstitutu “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək
08.02.2023 10:30
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutu “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın 3 və 4 may 2023-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Şərqşünaslıq İnstitutu beynəlxalq konfransa tezislərin qəbulunu elan edir. Tezislər  Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir. 

Məruzə tezislərinin mətni 300-350 sözdən ibarət olmaqla Microsoft Word redaktorunda “Times New Roman” şriftilə -14, sətirlərarası interval 1,5 olmaqla yazılmalıdır.

Konfransda iştirak etmək istəyənlər tezislərini 5 aprel 2023-cü il tarixinədək h.aliyev100@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

Qəbul olunan tezislərin elanı: 12 aprel 2023-cü il

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq

Tel: +994 55 392 96 41

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: