Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.03.2023 09:42
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev sözügedən müəssisənin qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Qadınların  ölkənin   ictimai həyatında, eləcə də sosial, iqtisadi, siyasi, elmi və mədəni proseslərdə fəal iştirakının önəmini qeyd edib.

Sonra institutun Həmkarlar Təşkilatının sədri, a.e.d Məmməd Məmmədov çıxışında qeyd edib ki, tarix boyu olduğu kimi, bugün də qadınlarımız Azərbaycanın inkişafına dəyərli töhfələrini verir.

Tədbirdə Qadınlar Şurasının sədri, a.e.ü.f.d Əminə Axundova, a.e.d, Mustafa Mustafayev, a.e.ü.f.d Sevda Talıbova, Əməkdar mədəniyyət işçisi Sona Baxşəliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli işlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: