AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Ailədə dəyərlər və gender bərabərliyi” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilib.
Seminarda müəssisənin baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Mədəniyyətdə genderin fəlsəfi metodoloji yanaşma kontekstində öyrənilməsi problemi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə yerli və xarici alimlərin “Qadın məşğulluğunun əhəmiyyəti”, “Müasir Azərbaycanın gender siyasəti”, “Gender bərabərsizliyinə müxtəlif yanaşmalar”, “Bolqarıstanda etnik ailələrdəki dəyərlər”, “Gender bərabərliyi və sosial ədalət” mövzularında məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.