Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Müasir Vyetnam ədəbiyyatı haqqında kitab işıq üzü görüb
27.03.2023 11:50
  • A-
  • A
  • A+

Müasir Vyetnam ədəbiyyatı haqqında kitab işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Sevda Məmmədovanın “Müasir Vyetnam ədəbiyyatı; Azərbaycan-Vyetnam ədəbi əlaqələrində yeni mərhələ” adlı kitabı işıq üzü görüb.

Azərbaycan-Vyetnam diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib.

“Azərbaycanda Vyetnam ədəbiyyatı haqqında ilk kitab” başlıqlı “Ön söz”ün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovdur.

Azərbaycan-Vyetnam ədəbi əlaqələrindən bəhs olunan monoqrafiyada Vyetnam ədəbiyyatı elmi səviyyədə araşdırılır. Həmin ölkənin ədəbiyyatının tarixi inkişaf yolu, ənənələri, şair və yazıçılarının yaradıcılıqlarının ayrı-ayrı istiqamətləri Vyetnam və Azərbaycan ədəbiyyatının müxtəlif cəhətləri ilə müqayisədə öyrənilir. Azərbaycan ədəbiyyatı tarixində Vyetnam ədəbiyyatının tədqiqi məsələləri dəyərləndirilir.

Üç  fəsildən ibarət monoqrafiya 102 səhifədir. Kitab “Elm və təhsil” nəşriyyatında nəşr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: