Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin sonuncu kurs tələbələrinin bir qismi Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda təcrübə keçirlər.
Tələbələr təcrübə müddətində təhsil dövründə qazandıqları biliklərin şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin mövzusuna uyğun olaraq, tədqiq olunan məsələlərlə uyğunluğu və tədqiqat xüsusiyyətləri haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir, həmin məsələlərin həllində istifadə edilən metodiki yanaşmalar və alınmış həllərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər. Onlar eyni zamanda şöbənin son illər ərzindəki elmi-təşkilati fəaliyyətinə dair informasiyalar əldə edirlər.
Qeyd edək ki, tələbələrin 4 nəfəri şöbə müdiri Bünyad Kazımovun rəhbərliyi ilə institutun Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsində təcrübələrini davam etdirirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.