Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çapdan çıxıb
29.03.2023 14:58
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun (PMİ) baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, laboratoriya müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Zülfira Hüseynova və aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru Fatimə Mustafayevanın həmmüəllifi olduqları məqalə “Mechanics of Composite Materials” jurnalında dərc olunub.

“Physical-mechanical properties of dynamically vulcanized elastoplastics based on high density polyethylene and nitrile butadiene rubber” (“Yuxarı sıxlıqlı polietilen və butadien-nitril kauçukuna əsaslanan dinamik vulkanlaşmış elastoplastların fiziki-mexaniki xassələri”) adlı məqalədə müəlliflər tərəfindən butadien nitril elastomerinin miqdarının yuxarı sıxlıqlı polietilenə əsaslanan kompozisiyaların əsas fiziki-mexaniki xassələrinə təsiri təqdim olunub.

Qeyd edək ki, Science Citation Index Expanded (SCIE), Scopus, Chemical Abstracts Service (CAS) və s. bazalara daxil olan jurnal 1.285-ə impakt faktora malikdir və “Clarivate Analytics”in Q2 kateqoriyasındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: