Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunun gənc alimi beynəlxalq vebinarda iştirak edib
29.03.2023 15:44
  • A-
  • A
  • A+

Botanika İnstitutunun gənc alimi beynəlxalq vebinarda iştirak edib

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “Laboratoriyada təhlükəsizlik və təhlükəsizliyin idarə edilməsi” adlı vebinarda iştirak edib.

Vebinar çərçivəsində kimyəvi laboratoriyada çalışan işçilər, tədqiqatçılar və tələbələr üçün laboratoriyada insan sağlamlığının qorunmasında fərdi qoruyucu vasitələrin seçilməsi və istifadəsi, tədqiqat zamanı yaranan tullantıların idarə edilməsi və təhlükəsiz utilizasiyası və ətraf mühitin qorunması üzrə müzakirələr aparılıb. Vebinarın sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: