“Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə respublikada milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsinə ciddi fikir verilməyə başlanıldı. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin YUNESKO tərəfindən keçirilməsi təşəbbüsünü də Azərbaycan Respublikası adından Heydər Əliyev qaldırdı və az sonra YUNESKO yubileylə bağlı təklifi qəbul etdi”.
Bu fikirlər sentyabrın 22-də AMEA Naxçıvan Bölməsində keçirilən “Heydər Əliyev lektoriyası”nın 67-ci məşğələsində səsləndirilib.
Lektoriyanı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanda milli dəyərlərin inkişaf etdirilməsi və beynəlxalq arenada təbliği sahəsində böyük işlər gördüyünü bildirib.
Tədbirdə “Ümummilli lider Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” dastanları mövzusunda məruzə ilə çıxış edən bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, “Kitabi-Dədə Qorqud” bizim ana kitabəmizdir. Dədə Qorqud elə bir arxaik tarixi simadır ki, xalqımız o simanı böyük məhəbbətlə yad edir. Ulu öndər Heydər Əliyevin Dədə Qorqudu təbliğ, tanıtma siyasətinin hazırda ölkə Prezidenti İlham Əliyev tərfindən davam etdirilməsi təqdirəlayiqdir.
Bildirilib ki, məhz dahi rəhbər Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə Xalq yazıçısı Anarın kinopovesti əsasında 1975-ci ildə “Dədə Qorqud” filminin ekranlaşdırılması, 1997-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300-illik yubileyinin qeyd olunması barədə tarixi fərman, 1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300-illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” sərəncam, 2000-ci ildə Almaniyadan dövlət səviyyəsində Drezdendən abidənin Drezden nüsxəsinin surətinin Azərbaycana gətirilməsi dastanın təbliği və tanıdılması sayəsində böyük rol oynayıb.
Lektoriyaya akademik İsmayıl Hacıyev yekun vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir