Sentyabrın 30-da AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) oxucuların istifadəsinə verilib.
Səhər saatlarından etibarən oxucuların kitabxanaya fasiləsiz gəlişi başlayıb. İlk olaraq oxucular qeydiyyatdan keçib, kitabxanadan istifadə qaydaları və istifadəçilərə aid bölmələrin yerləşməsi haqqında təlimatla tanış olublar.
Gün ərzində oxucuların sorğuları əsasən kitab, qəzet, jurnal və elektron materiallara aid olub. Sorğular MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşları tərəfindən cavablandırılıb.
Müasir avadanlıqlarla tam təchiz olunmuş oxu zallarında oxucular yeni standartların tələblərinə cavab verən xidmət çərçivəsində elektron resurslara çıxış imkanlarından istifadə ediblər. İstifadəçilərin BİOONE, EBSCO PREMİER, İOPSCİENCE, EDWARD ELGAR, ROYAL SOCİETY JOURNALS COLLECTİON və digər məlumat bazalarına dair sorğuları kitabxananın xidmət personalı tərəfindən operativ cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir