Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.05.2023 17:08
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda “Kiçik Akademiya”nın şagirdləri ilə görüş keçirilib

Coğrafiya İnstitutunda “Kiçik Akademiya”nın şagirdləri ilə görüş keçirilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Yasamal rayonu 286 saylı orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın şagirdləri ilə görüş keçirilib.

Məktəblilər əvvəlcə AMEA-nın Əsas binasında yerləşən sərgidə Coğrafiya İnstitutunun  fəaliyyəti ilə tanış olublar.  Sonra görüş institutun konfrans zalında davam edib.

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov qonaqları salamlayaraq müəssisədə elmlə təhsilin vəhdətinə həmişə geniş yer ayrıldığını deyib, əməkdaşların mütəmadi olaraq Bakının müxtəlif rayonlarını əhatə edən orta ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri ilə keçirilən görüşlərdən və “Kiçik Akademiya” şagirdləri üçün təşkil edilən praktik məşğələlərin əhəmiyyətindən söhbət açıb. İnstitut rəhbəri, eyni zamanda müəssisədə aparılan tədqiqat işləri, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələrlə qonaqları tanış edib.

Sonra “Kiçik Akademiya”nın rəhbəri, institutun şöbə müdiri, c.ü.f.d. Solmaz Rzayeva 286 saylı orta məktəbdə fəaliyyət göstərən və rəhbəri olduğu “Kiçik Akademiya”nın fəaliyyəti haqqında iştirakçılara məlumat verdikdən sonra  “Azərbaycanın coğrafiyaçı alimləri” adlı təqdimatla çıxış edib.

Daha sonra şöbə müdiri, c.ü.f.d. Habil Haqverdiyev coğrafiyaçı korifey alimlər, coğrafiya elminin digər elmlərlə karelyasiyası haqqında danışıb, böyük elmi işçi, c.ü.f.d. Samirə Abuşova  “Dünya şəhərlərində ekoloji vəziyyət” haqqında təqdimatla çıxış edib.

Sonda məktəbin coğrafiya müəlliməsi Könül Mərdanova və Uşaq birliyinin rəhbəri Vəfa Həsənova tədbirin keçirilməsinə görə institutun rəhbərinə və kollektivinə minnətdarlıqlarını ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: