Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Axtarışlar” jurnalının yeni nömrəsi çapdan çıxıb
19.05.2023 09:38
  • A-
  • A
  • A+

“Axtarışlar” jurnalının yeni nömrəsi çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının 2023-cü il üzrə ilk sayı çapdan çıxıb.

Yeni nömrədə 50-dən artıq tədqiqatçının ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq sahələri üzrə müxtəlif mövzulu məqalələri verilib. Burada “Qazax türklərinin milli oyanış və özünüdərk prosesində Miryaqub Dulatovun rolu”, “Azərbaycan romantiklərinin ədəbi-nəzəri irsində Türk ədəbiyyatı problemləri”, “Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Şirin obrazının türk epos ənənələri çərçivəsində təhlili”, “Britaniyada məskunlaşan xalqlar və onların ölkənin toponimik adlar sisteminə təsiri”, “Dillərin tədqiqinə kontrastiv yanaşma”, “Mədəniyyətlərarası kommunikasiyanın metod və üsulları”, “Himnin və marşın öyrənilməsi milli-mənəvi dəyərimiz kimi”, “Naxçıvanın qobelen rəssamları”, “Müasir dövrün musiqi formaları”, “Türk dilləri probleminin öyrənilməsində yeni səhifə” və başqa mühüm aktuallıq kəsb edən məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: