AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri institutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bayram münasibətilə hər kəsi təbrik edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan, dövlət quruculuğu, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə hər dəfə nəzər salındığını bu mühüm ictimai-siyasi hadisənin ətraflı təhlil edildiyini, hərtərəfli öyrənildiyini vurğulayıb. Fəaliyyət dövründə həyata keçirilən tədbirlərin dövlətçilik əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi, onun beynəlxalq səviyyədə tanınması, müstəqil dövlət kimi fəaliyyət göstərməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra institutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasının tarixi əhəmiyyətindən danışıb.
Ümummilli Lider Heydər Əliyevin hər zaman Azərbaycan Xalq Cümhuriyyəti qurucularına yüksək önəm verərək, tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasına, ənənələrin qorunub saxlanılmasına və daha çox inkişaf etdirilməsinə böyük səy göstərdiyini vurğulayıb.
Sonda siyasi elmlər üzrə fəlsəfə doktorlaru, dosent Günel Məlikli, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Hüseyn İbrahimov, f.ü.f.d. Şölət Zeynalov və digər çıxışçılar Müstəqillik Gününün əhəmiyyətindən danışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.