Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

30.05.2023 17:05
  • A-
  • A
  • A+

Azərbaycanlı filosofun məqaləsi İndoneziyada çap olunub

Azərbaycanlı filosofun məqaləsi İndoneziyada çap olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Dünya şöhrətli alim Lütfi A. Zadənin Azərbaycan “Era”sı tarix fəlsəfəsi kontekstində” (“World Famous Scientist Lutfi Zade's Azerbaijan Era” in the Context of History Philosophy”) adlı məqaləsi İndoneziyanın Journal of Pedagogy and Education Science” jurnalında (s.156-170) çap olunub.

Məqalə alimin İngiltərənin Cambridge Scholars nəşriyyatı ilə müqavilə əsasında çapa hazırlanan “Lütfi A.Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları” (“The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh”) monoqrafiyası əsasında yazılıb. Məqalədə Azərbaycan əsilli dünyaşöhrətli alim Lütfi Zadənin Azərbaycan dövrü və Azərbaycançılıq idealı yeni mənbələr əsasında tarix fəlsəfəsi kontekstində təhlil edilərək dəyərləndirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: