Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.06.2023 16:15
  • A-
  • A
  • A+

“Heydər Əliyev İli” çərçivəsində “Uşaq festivalı” keçirilib

“Heydər Əliyev İli” çərçivəsində “Uşaq festivalı” keçirilib

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib.

Tədbirdə Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun əməkdaşları da aktiv iştirak edib. Festivalda əməkdaşlar üçün ayrılmış meydançada müxtəlif ölçülü kiçik teleskoplar quraşdırılıb və xüsusi filtrlər vasitəsilə uşaqların Günəşə baxışı təşkil edilib. Bundan başqa, uşaqların əylənərək öyrənməsi üçün rəsm boyamaq, sual-cavab tipli müxtəlif viktorinalar keçirilib.

Qeyd edək ki, rəsədxana əməkdaşları tərəfindən festival iştirakçılarına səma cisimləri haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: