Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

10.10.2023 12:59
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli ECO Elm Fondunun prezidenti ilə görüşüb

Akademik İsa Həbibbəyli ECO Elm Fondunun prezidenti ilə görüşüb

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondunun (ECOSF) ikinci prezidenti professor Seyed Komail Tayebi ilə görüşüb.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyası ilə dünyanın bir sıra nüfuzlu elmi təşkilatları arasında sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını və uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu ilə də əməkdaşlığın davam etdirildiyini qeyd edən AMEA rəhbəri bu beynəlxalq elmi qurumla əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondunun ikinci prezidenti (ECOSF) professor Seyed Komail Tayebi təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərək Azərbaycanla sıx elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Fondun prezidenti elm, texnologiya və innovasiyanın təşviqi ilə bağlı nəzərdə tutulan məqsədlərə çatmaq üçün ECOSF tərəfindən keçiriləcək tədbirlərdə Azərbaycan alimlərinin də yaxından iştirak etdiklərini məmnunluqla bildirib.

Görüşdə AMEA ilə ECOSF arasında aktual elmi müzakirələrin davamlı olaraq keçirilməsi barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: