Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tədqiqatçı-jurnalistin yeni kitabı işıq üzü görüb
21.11.2023 12:45
  • A-
  • A
  • A+

Tədqiqatçı-jurnalistin yeni kitabı işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Sənubər Kərimovanın “Nəsillərə əmanət” seriyasından 2-ci kitabı nəşr olunub.

Kitabda müəllifin dövri mətbuatda çap etdirdiyi Azərbaycan folkloru örnəkləri, o cümlədən XIX əsrin sonu - XX əsrin əvvəllərində Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən buraxılan SMOMPK (Sbornik materialov dlya opisaniya mestnostey plemeni Kavkaza) toplusunda rus dilində və ərəb qrafikası (əski əlifba) ilə, Azərbaycanda ərəb əlifbası ilə nəşr edilən məcmuələrdə dərc olunmuş folklor nümunələrindən transliterasiya etdiyi mətnlər yer alıb. Həmçinin nəşrdə müəllifin Üzeyir Hacıbəylinin, Əhməd Cavadın arxivlərindən əldə etdiyi materiallar, qorqudşünaslıqla bağlı müxtəlif yazılar, o cümlədən “Dədə Qorqud xeyir-duası” ssenarisi, xalq adət-ənənələrindən örnəklər, müəllifin şeirləri, Azərbaycanın azadlığı və inkişafı tarixinə qızıl səhifələr yazmış qadınlar haqqında oçerklər, xatirələr, günümüzlə səsləşən “... Yoxsa dünya məhv olar!!!” memuarından bir parça və s. materiallar təqdim olunub.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri isə filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy və filologiya üzrə fəlsəfə doktoru, dosent Nail Qurbanovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: