Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb
18.11.2015 13:44
  • A-
  • A
  • A+

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb

“Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında ilk olaraq AMEA-nın 70 illik yubileyi ilə əlaqədar “Elm tariximizdə Azərbaycan Milli Elmlər Akademiyası” adlı məqalə yer alır. Daha sonra türk xalqının XX əsrin əvvəllərində qazandığı Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar bir sıra məqalələr və həmin hadisəyə həsr olunmuş elmi konfrans haqqında məlumat təqdim edilir.

Jurnalın “Ədəbiyyat” bölməsində Seyid Yəhya Şirvani, Kərim Məşrutəçi Sönməz və Haşım Tərlana həsr olunmuş elmi məqalələr, “Dilçilik” bölməsində "Borhan-e Qate”də fars dilinin leksik məsələlərinə həsr olunmuş məqalə, “Din və ictimai fikir” bölməsində Radikal islamçıların hakimiyyət konsepsiyasına və Avropada islamofobiyaya həsr olunmuş yazılar yer alır.

Jurnalda, həmçinin Şərqşünaslıq İnstitutunda ermənilərin Cənubi Azərbaycanda xalqımıza qarşı soyqırımı aktları ətrafındakı araşdırmalar barədə yazı, yeni kitablar haqqında rəy və məlumatlar, bu institutun 2014-cü il üçün hesabatı, keçirilən tədbirlər haqqında məlumatlar və s. dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: