Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Abduləhəd Həsənov -115
24.11.2015 09:44
  • A-
  • A
  • A+

Abduləhəd Həsənov -115

Azərbaycan Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, əməkdar həkim Abduləhəd Səftər oğlu Həsənovun anadan olmasından 115 il keçir. A.S. Həsənov 1900-cü ildə Şamaxı şəhərində doğul­muş­dur. Orta təhsilini realnı məktəbdə aldıqdan və bir neçə il əmək fəaliyyəti ilə məş­­ğul olduqdan sonra 1922-ci ildə Azərbaycan Döv­lət Universitetinin Tibb fa­kültəsinə daxil olmuşdur. 1927-ci ildə hə­min fakültəni bitirdikdən sonra xüsusi patologiya və terapiya kafed­rasının ordinatoru vəzifəsində işləmişdir. Tibb elminə olan sonsuz ma­rağı onu 1931-ci ildə Azərbaycan Tibb Institutunun aspiran­turasına gətirmişdir.

 Moskva şəhərində uzunmüddətli elmi məzu­niyyətlərdə olmuş, gör­kəmli biokimyaçı alim­lər­dən A.N.Baxın, S.E.Severinin və A.E.Braun­ştey­nin rəhbərliyi altında eksperi­mental  təbabət insti­tutunda çalış­mışdır. Gərgin elmi axtarışların nə­ticəsi olaraq 1936-cı ildə “Mad­dələr mübadiləsinin aralıq məhsullarının hidrogen-­peroksid va­sitəsilə oksidləşməsi şəraitində oksihemoqlobinin kata­litik təsiri” möv­zu­sun­da na­mizədlik, 1937-ci ildə isə “Proteoliz və hey­vanların toxuma pro­te­azala­rı­nın təsir şə­raiti haqqında məsələ­lər»” mövzusunda doktor­luq dissertasiyaları mü­dafiə edən A.S.Həsənov hə­min il Azərbaycan Tibb Institutunun biokimya ka­fedrasına müdir seçil­miş və ömrünün so­nu­na qədər – 35 il həmin vəzifədə çalış­mış­dır.

A.S.Həsənov  bütün ömrü boyu intensiv elmi-tədqiqatla  məşğul ol­muş, el­mi fəaliyyətini pedaqoji işlə səmərəli surətdə əlaqələndir­miş­dir. Onun tədqi­qat­­la­rına qədər karotinin insan və heyvan orqanizmi üçün bioloji əhəmiyyəti tam ay­dın de­yil­di. A.S.Həsənov ilk dəfə olaraq, karotinin insan orqanizmində A vitamininin provitamini olmaqla bə­rabər, mübadilə proseslərində sərbəst şəkildə də iştirak et­diyini sü­bu­ta yetirmiş və bu proseslərin müxtəlif  mexa­nizm­lərini aydın­laş­dır­mış­dır. Bundan əlavə, A.S.Həsənov Naftalan neftinin təsir me­xa­nizm­lərinin öyrənil­mə­si sahəsində geniş tədqiqat işləri aparmışdır. Onun təd­qiqatları sayəsində aydın olmuşdur ki, Naftalan nefti ilə ka­rotin qarışığının tok­sik təsiri nativ Naftalan pre­paratlarının eyni təsirinə nisbətən xeyli azdır və bu qarışıq yaraların sağalmasını əhə­­­miy­yətli dərəcədə sürətləndirir. Bu tədqiqat sayəsində A.S.Həsənovun tibb prak­tikasına tətbiq etdiyi Karotonaftalan pre­paratı (karotinlə Naf­talan neftinin qarışığı) Bö­yük Vətən Müharibəsi illərində yaralı əsgər­lərin müalicəsində müvəffəqiy­yət­lə tətbiq edilmişdir.

A.S.Həsənovun elmi təqiqatlarından aydın olmuşdur ki, karotin qey­ri-spe­sifik toxuma proteazalarının – katepsinlərin fəallığını azalt­maq­la, hüceyrə zülallarını  mühafizə edir, yəni onların qə­naətlə sərf edilməsinə  şərait yara­dır və ey­ni zamanda qidanın tərki­bin­də olan zülalların miqdarı və keyfiyyəti karo­tinin to­xumadaxili çevrilmələrinə muhum təsir göstərir.

A.S.Həsənovun aşkara çıxardığı maraqlı elmi faktlardan biri də bundan iba­rətdir ki, zülalsız ərzaq məhsulları ilə qidalanma şəraitində toxumalar ka­rotini öz­lərində saxlamaq qabiliyyətini itirir. Aparılan tədqiqatlar karotinin və bir sıra vita­min­lərin həzm sistemindən so­rulmasının qanunuyğunluqlarını aşka­ra çıxarmağa im­kan vermişdir. A. S.Həsənovun angiostomiya edilmiş heyvanlar üzərində apar­dığı təcrü­bə­lər sayəsində aydın olmuşdur ki, karotin A vitamininə bağırsaq divarı­nın epi­tel hüceyrələrində çevrilir. Bu, vitaminologiya elmi üçün böyük yenilik ol­muş­dur.

A.S.Həsənov Azərbaycanın kurort amillərinin müalicəvi təsir me­xaniz­mi­nin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Onun tədqiqatları ara­sında Naftalan nef­­tinin, «Istisu»” və «Sirab»” mineral sularının mad­dələr mübadiləsinə təsiri­nin mexa­nizm­lərinin aydınlaşdırılması mühüm yer tutmuşdur. Onun Naftalan nefti ilə karo­tinin bir­gə tətbiqi za­manı orqanizmdə baş verən dəyişikliklərin öy­rənilməsinə dair çox­­say­lı tədqiqat işlərinin nəticələri 1948-ci ildə çap edilmiş “Karoto­naftalan” adlı monoqrafiyasında öz əksini tapmışdır. Alimin öz əmək­daşları ilə birgə apardığı təd­qi­qat işləri sayəsində “Istisu” və “Si­rab” mineral su­larının maddələr mübadiləsinə tə­sirinin bir sıra maraq­lı cəhətləri aşkar edilmiş, tibb işçilərinə həzm sistemində ge­dən biokimyəvi proseslərə məqsədyönlü su­rətdə təsir etmək imkanı yaran­mış­dır.

Yuxarıda şərh edilənlərdən əlavə, A.S.Həsənov şişlərin biokim­yası, tireo­tok­sikoz, avitaminoz və hipervitaminoz vəziyyətləri, farma­ko­logiyanın biokim­yə­vi problemləri, Azərbaycanın ölkə patologiyasının klinik-biokimyəvi aspekt­ləri sa­həsində də əsaslı tədqiqatlar aparmış­dır. Onun B12 vitamininin bioloji əhə­miy­yə­tinin öyrənilməsinə həsr edilmiş tədqiqat işlərinin vitaminologiya elminin inki­şaf tari­xin­də xüsusi yeri vardır. Alimin vitaminologiya (xüsusən B12, C, B və PP vi­­ta­min­lərinin normal və patoloji şəraitdə orqanizmə təsiri) sahə­sində apar­dığı tədqi­qat işlərinin nəticələri 1959-cu ildə Moskvada nəşr edilmiş “Vitaminlər və sağla­m­lıq” əsərində öz əksini tapmış­dır.

A.S.Həsənov elmi kadrlar hazırlanması sahəsində də böyük və səmə­rəli iş aparmışdır. Onun rəhbərliyi altında 12 doktorluq, 42 nami­zədlik dissertasiyası iş­­lə­nə­rək, müdafiə edilmişdir. O, səmərəli elmi fəaliyyətlə bir­lik­də, yüksəksəviy­yə­li pedaqoji fəa­liy­yətlə də məşğul olmuşdur. Bu gün Azərbay­canın sə­hiyyə sis­temində fəa­liyyət göstərən həkimlərin əksəriyyəti onu parlaq zə­ka sa­hibi olan bir pedaqoq  kimi xatırlayır.

A.S.Həsənov Azərbaycan Tibb Institutunun tələbələrinin dərslik və dərs və­saitləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstə­rirdi. O hələ 1933-cü ildə həmkarı H.Q.Səfərovla birlikdə tibb insti­tutu tələbələri üçün latın qrafikası ilə ikicildlik “Bioloji kimya” dərsliyi yazıb çap etdirmişdir. 1963-cü ildə A.S.Hə­sə­nov əməkdaşları ilə birlikdə B.I.Zbarski və b-nın “Bioloji kimya” dərsliyini rus di­lindən milli dilimizə tərcümə edərək tələbələrin istifadəsinə ver­miş­di. A.S. Hə­sə­novun öm­rünün son illərində öz elmi məktəbinin yetiş­dirmələri olan N.A. Rza­yev, F.Q.Is­lamzadə və A.M.Əfəndiyevlə birlikdə yazdığı əsaslı “Bioloji kim­ya” dərs­li­yi onun vəfatından sonra – 1974-cü ildə işıq üzü görmüş, 1989-cu ildə isə digər mü­əlliflər (F.Q.Is­lam­zadə, A.M.Əfəndiyev) tərəfindən yenidən işlənmiş və ta­mam­lanmış şə­kil­də təkrarən çap edilmişdir. Adı çəkilən dərslik və mono­qrafi­ya­lardan əlavə, A.S. Həsənovun qələmindən 160-a qədər elmi əsər çıxmış­dır.

A.S.Həsənov səmərəli elmi-pedaqoji fəaliyyətini böyük ictimai-siyasi fəa­liy­yətlə üzvi surətdə əlaqələndirən yüksək səviyyəli Azərbaycan ziyalısı idi.

O, 1938-1941-ci illərdə, o vaxtlar müstəqil surətdə fəaliyyət gös­tərən Azər­baycan Əczaçılıq Institutunun elmi işlər üzrə direktor müa­vini vəzifəsində işlə­miş, eyni zamanda Azərbaycan Dövlət Tibb Ins­titutunda da həmin vəzifəni  yerinə ye­tirmişdir. A.S.Həsənov 1953-1967-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyi Tib­bi-Elmi Şurasının üzvü olmuş, 1964-1967-ci illərdə N.Nərimanov adı­na ADTI-nin nəzəri tibb elmləri üzrə Ixtisaslaşdırılmış Müdafiə Şurasına rəh­bərlik  et­miş­dir. O, ümumittifaq miqyasında keçirilən bir sıra elmi qurultay və konfransların təşkil edilməsində yaxından iştirak etmişdir.

A.S.Həsənov 1958-ci ilə keçmiş SSRI-nin Ümumittifaq Biokimyaçılar Cə­miyyətinin təsis qu­rultayında cəmiyyətin idarə heyətinə üzv seçilmiş, 1946-1964-cü illər ərzində I.P. Pav­lov adına Ümumittifaq Fiziologiya Cəmiyyəti ida­rə he­yə­tinin üzvü olmuş, 1944-1955-ci illər ərzində Azərbaycan fizio­loq­lar, biokim­yaçılar və farmakoloqlar cəmiyyəti idarə heyətinin sədri, 1955-1962-ci illərdə isə sədr müavini vəzifələ­rini yerinə yetirmişdir. Bunlardan əlavə, 1958-ci ildə A.S.Həsənovun təşəbbüsü ilə Azər­baycan Biokimyaçılarının Elmi Cəmiyyəti təşkil edilmiş və o özü ömrü­nün so­nuna qədər həmin cəmiyyətə rəhbərlik etmiş­dir. A.S.Həsənov 1963-1965-ci illərdə Bakı şəhər sovetinin deputatı olmuşdur.

Qeyd etmək lazımdır ki, A.S.Həsənovun ictimai fəaliyyətində onun Azər­bay­­can Biokimyaçılar cəmiyyətinə rəhbərlik etdiyi dövr xüsusilə mü­hüm yer tu­tur. Bu cəmiyyət əvvəllər fizioloqların elmi cəmiyyətinin nəz­dində fəaliyyət gös­tərirdi. Lakin A.S.Həsənovun və onun elmi məktəbi­nin çoxsaylı yetirmələrinin gər­gin və səmərəli fəaliyyəti respub­lika­da müstəqil biokimyaçılar cəmiyyəti təş­kil edilməsi­nə tarixi zərurət yaratdı; 1958-ci ilə təsis edilən biokimyaçılar cəmiy­yəti sonralar bio­loji kimya sahəsində elmi işlərin əlaqələndirilməsində və təşki­lin­­də əvəzsiz  rol oynadı, A.S.Həsənov isə  1972-ci ilə qədər fasiləsiz ola­raq, bu cə­miyyətə rəhbərlik etdi.

A.S.Həsənov Böyük Tibb Ensiklopediyasının I və III nəşrlərində kim­ya re­daksiyasının redaktoru olmuş, Siyasi və Elmi Bilikləri Yayan Ümum­ittifaq cə­miy­yə­tinin (Ümumittifaq «Bilik» cəmiyyəti) idarə heyəti­nin respublika şurasın­da tibb böl­məsinin sədri vəzifələrini yerinə ye­tirmiş, respublikamızın əhalisi ara­sında tib­bi və gigiyenik bilik­lərin yayılmasında və bu işin təşkilində əvəzsiz xidmət gös­tər­miş­dir. O, uzun illər ərzində SSRI EA-nın «Biokimya» jurnalının redaksiya şu­ra­sı­nın, «Azərbaycan Tibb jurnalı»nın redaksiya heyətinin və Res­publika Səhiy­yə Nazirliyi  nəzdində elmi-tibbi şuranın idarə hey’­əti­nin üzvü olmuşdur.

A.S.Həsənovun məhsuldar elmi fəaliyyəti hökümət orqanlarının da diqqə­tin­dən yayınmamışdır. O, 1962-ci ildə Azərbaycan Elmlər Akade­miya­sının  müx­­bir üz­vü se­ç­ilmiş, tibb kadrlarının yetişdirilməsində və biokimya elminin tə­rəq­qi­sində xidmətlərinə görə, müxtəlif illərdə “Lenin” (1953), “Şərəf nişanı” (1948) or­denləri, “Qaf­qazın müdafiə­si­nə görə” medalı (1944) ilə, həmçinin də­fə­lərlə müx­təlif Fəxri fər­­manlarla və “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edil­miş, Azər­bay­can SSR-in  “Əməkdar həkimi” (1942) və “Əməkdar elm xadimi” (1943) fəxri adla­rı­na layiq görülmüşdür.

Müasirləri A.S.Həsənovu istedadlı, əməksevər və yüksəkerudi­si­yalı alim, xe­­yrixah və qayğıkeş yoldaş kimi tanıyırdılar. Böyük alim, pedaqoq, xeyirxah tə­biətli insan olan A.S.Həsənovun xatirəsi onun çox­saylı tələbələrinin, ardı­cıl­larının və bütün onu tanıyanların qəlbində özünə həmişəlik yer tapmışdır.

Arif Əfəndiyev, Azərbaycan Tibb Universiteti Biokimya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor

  • Paylaş: