Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Böyük İpək Yolu və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib
10.07.2024 14:26
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Böyük İpək Yolu və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib

Göygöl rayonunun Xan yaylağında, III Milli Yaylaq Festivalı çərçivəsində “Gəncəbasarda köç yolu və elat mədəniyyəti: əcdadlarımızın izi ilə” adlı etnoturizm qurultayı keçirilib. Ölkədə keçirilən ilk etnoturizm qurultayı Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsi və “Cavadxan Mədəniyyət Fondu”nun birgə təşkilatçılığı ilə baş tutub.

Qurultayda AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev iştirak edərək “Böyük İpək Yolu və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Kəlbəcər, Cəbrayıl, Ağdam, Füzuli rayonlarında kəhriz, bulaq və s. su mənbələri, onlardan tarixi dövr ərzində istifadə, köç, elat fəaliyyətinin Böyük İpək yolu ilə əlaqəsinindən bəhs edib, sonda isə tədbirin COP29  ilə bilavasitə əlaqəsini də xüsusi qeyd edib.

Tədbirin sonunda ümumi ictimai müraciət oxunaraq, iştirakçılara Fəxri fərmanlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: