Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Süni intellekt sayəsində zərərli proqram aşkarlama metoduna dair tədqiqat aparılıb
25.09.2024 14:42
  • A-
  • A
  • A+

Süni intellekt sayəsində zərərli proqram aşkarlama metoduna dair tədqiqat aparılıb

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun dissertantı Elşən Bağırovun müəllifi olduğu “İzahediləbilən süni intellekt ilə dayanıqlı zərərli proqram aşkarlama metoduna dair kompleks tədqiqat” (A Comprehensive Investigation into Robust Malware Detection with Explainable AI”) adlı eksperimental məqalə “Cyber Security and Applications” jurnalında çap olunub.

Məqalədə zərərli proqramların aşkarlanması üçün tətbiq edilən maşın öyrənmə metodlarının yüksək performansına baxmayaraq izaholunma qabiliyyətinin azlığı, kibertəhlükəsizlik üzrə ekspertlərin modelin etibarlılığını qiymətləndirməkdə çətinlik çəkməsi əsas tədqiqat obyektidir.

Bu işdə problemin həlli üçün çoxsinifli verilənlər toplusundan istifadə olunmaqla bir neçə maşın öyrənmə metodu tətbiq edilib. Yüksək nəticə göstərən metodun izaholunma xüsusiyyətlərini aşkara çıxarmaq üçün “explainable AI” metodlarından istifadə olunub. Həmçinin əldə olunan nəticələr əsasında zərərli proqramların aşkarlanması modelinin qərar qəbuluna təsir edən əsas amilləri şərh edilib.

Qeyd edək ki, “Cyber Security and Applications” jurnalı “Scopus”, “EBSCOhost”, “DOAJ2 və “DBLP” beynəlxalq elmi bazalarında indeksləşir.

AzərTac

  • Paylaş: