Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
27.09.2024 11:30
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin sentyabr ayında sonuncu sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub” başlıqlı icmal təqdim edilib.

Bugünkü sayın ilk səhifələrində “Böyük Zəfərə yol açan tarixi gün” başlıqlı AMEA Rəyasət Heyətində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirə dair yazı, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfranslarla bağlı xəbərlər dərc edilib.

Qəzetdə AMEA prezidenti akademik İsa Həbibbəylinin bolqarıstanlı alimlərlə görüşü və iştirak etdiyi “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi ilə bağlı informasiyalar yer alır.

Bundan əlavə, qəzetin bugünkü buraxılışında AMEA prezidentinin müəllifi olduğu “Akademiya öz işləri ilə məşğuldur” başlıqlı məqalə və AMEA-80 rubrikası altında fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “AMEA-da islahatların, elmi tədqiqatların dinamikası: elmi nəzəri baxış” adlı məqaləsi ilə tanış ola bilərsiniz.

Həmçinin bu sayda “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: nəticələr və səbəblər”, “Sözü və izi qalan alim”, “Təvazökarlıq şərəf pilləsidir” adlı məqalələr və digər xəbərlər təqdim edilib.

Qəzetin rus və ingilis dili bölməsində akademik İsa Həbibbəylinin iştirak etdiyi tədbirlərlə bağlı icmallar, o cümlədən AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevlə müsahibə və son elmi yeniliklərə dair xəbərlər yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: