Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.01.2016 16:32
  • A-
  • A
  • A+

“İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda təlimlərə start verilib

“İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda təlimlərə start verilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda təlimlərə start verilib.

Üç gün davam edəcək təlimin məqsədi elektron informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində gənclərin hazırlığının artırılması, məlumatların mühafizəsi üsulları və sosial mediadan düzgün istifadə qaydalarının aşılanması, o cümlədən bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır.

İlk olaraq MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova təlimin əhəmiyyətindən danışaraq, gənclərin informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək istiqamətində mühüm rolu olan bu cür təlimlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra Mətbuat Şurasının Onlayn media məsələləri üzrə nümayəndəsi Ellada Mustafayeva “İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda hazırladığı təqdimatla çıxış edib. Məruzəçi elektron informasiya təhlükəsizliyi, konfidensial və fərdi məlumatların mühafizəsi üsulları, virtual mühitdə informasiya üçün təhlükə yaradan daxili və xarici faktorlar, kitabxanalarda konfidensial məlumatlardan istifadə qaydaları, mühafizə tədbirləri və digər məsələlərdən danışıb. Bildirib ki, cəmiyyətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. İnformasiyanın cəmiyyətdə rolunu müsbət istiqamətdə nizamlamaq üçün informasiyanın qorunması və neqativ məlumatların qarşısının alınması vacib faktordur.

Təqdimatda İnternet məzmun təhlükəsizliyi məsələlərinə də toxunulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: