AMEA Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondunda “1951-1964-cü illərdə I Kültəpədə aparılmış qazıntılardan əldə edilmiş arxeoloji materialların yenidən işlənməsi və nəşri” adlı beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlanılıb.
Tədqiqatlara Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşı Remi Berton rəhbərlik edirlər. Layihə iştirakçıları Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyeva, Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşları Katerina Marro və Nikolas Qailharddır. Fondun müdiri Nasir Quluzadə elmi-tədqiqat işlərinin uğurla tamamlanması üçün layihə iştirakçılarına lazımi kömək göstərir.
Tədqiqat işləri əsasən arxeologiya fondunda mühafizə olunan I Kültəpə tapıntılarının ölçülərinin götürülməsindən, qrafik və foto təsvirlərinin çəkilməsindən, eləcə də onlara aid məlumatların dəqiqləşdirilməsindən ibarətdir. Əldə edilən məlumatlar ümumiləşdirilərək nəşr olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir