Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2016 12:45
  • A-
  • A
  • A+

AMEA-nın Ədəbiyyat İnstitutunda Gənclər Günü qeyd edilib

AMEA-nın Ədəbiyyat İnstitutunda Gənclər Günü qeyd edilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2 Fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral - Gənclər Gününün tarixindən danışıb.

Akademik İsa Həbibbəyli gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasətin Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. O, Gənclər və İdman Nazirliyinin yaradılmasının, müstəqil Azərbaycan Gənclərinin Ümumrespublika forumlarının keçirilməsinin, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsinin, çoxsaylı dövlət proqramlarının qəbulunun, dövlət gənclər siyasəti ilə bağlı fərman və sərəncamların imzalanmasının, geniş fəaliyyət proqramlarının təsdiq edilməsinin ölkəmizin gənclərimizə verdiyi yüksək dəyər və qayğının təcəssümü olduğunu bildirib. O, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclərimizlə bağlı həyata keçirilən çoxsaylı tədbirlər haqqında danışıb. Çoxsaylı istedadlı gənclərin xarici ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almalarının, gənclərimizin idmanın müxtəlif növlərində uğur qazanmalarının ölkəmizin gənclərimizlə bağlı həyata keçirdiyi uğurlu siyasətin bir hissəsi olduğunu qeyd edib. Akademiyanın yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışan akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində gənc alimlərin fəal surətdə elmi axtarışlara qoşulduğunu, akademiyanın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva Şuranın ötən ildəki fəaliyyəti barədə məlumat verib.

Daha sonra “İlin gənc alimi” nominasiyası üzrə mükafatların qaliblərinin adları açıqlanıb. İsa Həbibbəyli ədəbiyyatşünaslıq elmi sahəsində 2015-ci ildəki səmərəli fəaliyyətlərinə görə “İlin gənc alimi” nominasiyası üzrə qalib gəlmiş filologiya üzrə fəlsəfə doktorları Eşqanə Babayeva, Turan Teymurov, Maraq Yaqubova və institutun doktorantı Mehman Həsənova mükafatları təqdim edib.

Tədbirdə AMEA Gənc alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin SalmanovFizika İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova və başqaları çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və bu istiqamətdə AMEA-da və Ədəbiyyat İnstitutunda aparılan islahatlardan danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: