Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ağciyər xərçəngi” kitabı nəşr olunub
12.02.2016 09:12
  • A-
  • A
  • A+

“Ağciyər xərçəngi” kitabı nəşr olunub

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun rəhbərliyi altında Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında ağciyər xərçənginin epidemiologiyası, diaqnostikası və müalicəsi, eləcə də bu sahənin tədrisi sahəsində toplanan böyük elmi-pedaqoji təcrübə əsasında hazırlanan “Ağciyər xərçəngi” kitabı nəşr olunub.

Kitabda ağciyərlərin klinik anatomiyası, ağciyər xərçənginin epidemiologiyası, etiologiyası və patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, müalicəsi, müalicənin nəticələri və proqnozu, bu xəstəliyi olan pasiyentlərə palliativ yardım məsələləri geniş işıqlandırılıb.

Nəşr ağciyər xərçənginə dair orijinal vəsait olub, maraqla oxunur və müasir tələblərə tam cavab verir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: