Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sənət qayğıları” kitabı çapdan çıxıb
02.03.2016 09:19
  • A-
  • A
  • A+

“Sənət qayğıları” kitabı çapdan çıxıb

Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun “Sənət qayğıları” kitabı çapdan çıxıb.

Nəşrə alimin müxtəlif illərdə yazılan, şifahi və yazılı ədəbiyyatın düşündürücü məsələlərinə həsr olunan məqalələri və iki müsahibəsi daxil edilib.

Kitab “Şifahi söz sənəti”, “Yazılı söz sənəti”, “Söz sənəti və ömür-gün qayğıları” adlanan üç bölmədən ibarətdir. Bu bölmələrdə “Oyunlar və ayinlər (Qarabağ nümunələri əsasında)”, “Folklorda lokallıq və universallıq”, “Sənətkarın əyilməzliyi”, “Tənhalıq qıfılbəndi”, “Adım ayrılıqdır”, “Kövrəklik və ötkəmlik”, “Mirzə Cəlil yurdunda ədəbi proses” və digər məqalələr toplanıb. Nəşrdə “Adam dilində yazın”, “Görüləsi işlərimiz çoxdur” sərlövhəli müsahibələr də yer alıb.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: