Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda nadir və unikal zooloji tapıntılar
03.03.2016 10:01
  • A-
  • A
  • A+

Azərbaycanda nadir və unikal zooloji tapıntılar

Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərovun Day.Az portalına olan müsahibəsini oxuculara təqdim edirik.

AMEA Zoologiya İnstitutunun elmi fəaliyyəti ölkəmizin faunasıyla bağlı praktiki olaraq bütün problemləri əhatə edir. İlk növbədə bura Azərbaycanın heyvanat aləminin biomüxtəliflliyinin öyrənilməsi daxildir. AR Prezidenti cənab İlham Əlieyev tərəfindən imzalanmış Fərmana əsasən ölkəmiz 2006-cı ildən "Biomüxtəliflliyin qorunması haqqında" BMT-nin konvensiyasına qoşulmuşdur.

Məlum olduğu kimi, biomüxtəliflik anlayışı özündə mikroskopik orqanizmlərdən məməlilərə qədər bütün canlıları birləşdirir. Uzun illərdir ki, Zoologiya İnstitutunda təbiətdə baş verən bioloji proseslərdə böyük əhəmiyyətə və rola malik olan heyvanat aləminin müxtəlif qruplarının tədqiqatları üzrə işlər həyata keçirilir. Aparılmış son tədqiqatların nəticələrinə görə, torpaqda yaşayan mikroskopik, gözlə görünməyən təkhüceyrəli orqanizmlər yağış soxulcanlarıyla təxminən eyni biokütləyə malikdirlər. Orqanik maddələrin istifadəsində onların rolu kifayət qədər böyükdür. Başqa sözlə desək, torpaqların məhsuldarlığının artırılmasında təkhüceyrəli orqanizmlər əhəmiyyətli rol oynayır.

İnstitutun digər vacib istiqamətlərindən biri isə vəhşi və ev quşlarının, həmçinin heyvanların parazit xəstəliklərini əhatə edən parazitoloji tədqiqatlar, xəstəliyin yoluxma yolları və profilaktikasının müəyyənləşdirilməsidir.

www.news.day.az

 

  • Paylaş: