Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarixçi alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub
03.10.2025 12:14
  • A-
  • A
  • A+

Tarixçi alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri t.ü.f.d., dosent Cəbi Bəhramov, aparıcı elmi işçi t.ü.f.d., dosent Ziyad Əmrahov və t.ü.f.d., dosent Bəxtiyar Həsənovun həmmüəllifi olduqları “Azərbaycanlı əhalinin Ermənistan SSR-dən 1948-1955, 1988-1991-ci illərdə məcburi köçürülməsinin arxiv sənədləri əsasında təhlili: məcburi deportasiyanın nəticələri” adlı məqalə “Lex-Localis” adlı beynəlxalq səviyyəli elmi jurnalda çap olunub.

Məqalə keçmiş SSRİ rəhbərliyinin qərar, təlimat və göstərişləri əsasında azərbaycanlı əhalinin Qərbi Azərbaycandan deportasiyası tarixinə həsr olunub. Tədqiqat işində İkinci dünya müharibəsindən sonra Sovet İttifaqının Türkiyə Cümhuriyyətinə qarşı əsassız ərazi iddiaları, 1948-1955, o cümlədən 1988-1991-ci illərdə yerli azərbaycanlı əhalinin İrəvandan və Ermənistan SSR-in digər bölgələrindən deportasiyası, eləcə də ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlər arxiv sənədləri, tarixi ədəbiyyat əsasında faktlara əsaslanaraq təhlil olunur.

Qeyd edək ki, “Lex-Localis” jurnalı Scopus, Web of Science, Erih Plus kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: