AMEA prezidentinin müşaviri, AMEA RH Mərkəzi Aparatının “İnnovasiya” şöbəsinin rəisi Rəhim Hüseynov Rəyasət Heyətində Türkiyənin “ABC Danışmanlık Tanıtım ve Eğitim Ltd” şirkətinin rəhbəri Yekta Özözər, Qafqaz Universitetinin prorektoru Şahin Durmaz və universitetdə “QUTexnopark”ın müdiri İsa Qasımovla görüşüb.
Qafqaz Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Yekta Özözər AMEA Rəyasət Heyətində aparılan islahatlarla tanış olub, fikir mübadiləsi aparılıb.
Görüşdə AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın vacibliyi vurğulanıb, bu əlaqələrin innovasiya sahəsində birgə işlərin inkişafına töhfə verəcəyi bildirilib.
Qeyd edək ki, Bakıda ötən həftə Y.Özözərin təqdimatında “İnnovasiya” adlı seminar keçirilmişdir.
Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.