Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının yeni nömrəsi çapdan çıxıb
10.10.2025 14:12
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının yeni nömrəsi çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Türkologiya” beynəlxalq elmi jurnalının 2025-ci il üçün birinci nömrəsi nəşr olunub.

Jurnalda Azərbaycan, Özbəkistan, Türkiyə və Qazaxıstan alimlərinin dilçilik, dil əlaqələri, dil tarixi, linqvistik poetika, dialektologiya, folklorla bağlı məqalələri yer alıb. “Birinci Türkoloji Qurultay - 100” (müəlliflər: akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova, dosent Aysel Qəribli), “Milli korpus və leksik infrastruktur: Azərbaycan dilinin söz bazasının yaradılması təcrübəsi” (müəlliflər: professor Nadir Məmmədli, professor Məsud Mahmudov, professor İlham Tahirov) məqalələri, eləcə də “Personalia”, “Resenziya” və “Xronika” rubrikalarına aid yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Jurnalın baş redaktoru Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: