Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransı keçiriləcək
07.11.2025 20:35
  • A-
  • A
  • A+

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransı keçiriləcək

17 dekabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Milli Elmlər Akade¬mi¬ya-sı Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın məqsədi - Qərbi Azərbaycan bölgəsinə aid zəngin folklor irsinin sistemli şəkildə toplanması, araşdırılması və elmi dövriyyəyə gətirilməsi istiqamətində görülən işlərin təhlili və müzakirəsidir. Tədbir çərçivəsində həm arxiv materialları, həm də ekspedisiya şəraitində toplanmış nümunələr əsasında folklorun janr, məzmun və funksional xüsusiyyətləri dəyərləndiriləcəkdir.

Eyni zamanda, konfrans Qərbi Azərbaycan folklorunun müasir elmi-nəzəri yanaşmalar əsasında tədqiqini, regionun mədəni yaddaşında “Vətən” və “yurd itkisi” kimi konseptlərin transformasiyasını, milli kimlik və kollektiv yaddaşın formalaşmasında folklorun rolunu araşdırmaq üçün multidissiplinar elmi platforma yaratmağı hədəfləyir.

Konfransın mövzu dairəsi aşağıdakı istiqamətləri əhatə edir:

• Qərbi Azərbaycanın folkloru və etnoqrafiyası

• Qərbi Azərbaycan folklorunda Vətən anlayışı və yurd itkisi motivləri

• Qərbi Azərbaycan folklorunda milli kimliyin ifadəsi

• Qərbi Azərbaycan folklorunun toplanması və nəşri məsələləri

• Müasir elmi-nəzəri yanaşmalar kontekstində Qərbi Azərbaycan folkloru

• Qərbi Azərbaycan aşıq sənəti

• Qərbi Azərbaycan şivələri

• Qərbi Azərbaycanın toponimikası 

• Ədəbiyyatda Qərbi Azərbaycan mövzusu

Konfransda iştirak şərtləri:

Tədbirdə iştirak etmək istəyənlər 24 noyabr 2025-ci il tarixinə qədər konfransın elektron ünvanına (qerbiazerbaycan2@gmail.com) xülasə (250-300 sözdən ibarət olmaqla) göndərməlidirlər. Xülasədə elektron poçt, telefon nömrəsi, təşkilat qeyd olunmalıdır.

Xülasələrin qəbul edilib-edilməməsi haqqında müəlliflərə məlumat verilməsi tarixi:

27 noyabr 2025-ci il (elektron poçt ünvanı vasitəsi ilə).

Təşkilat Komitəsi tərəfindən qəbul edilmiş məruzələrin tam mətnləri 20 dekabr 2025-ci il tarixindən gec olmayaraq göstərilən e-mail ünvanına (qerbiazerbaycan2@gmail.com) göndərilməlidir.

Qəbul edilmiş məruzələrin mətnləri kitab halında nəşr olunacaq.

Məruzələrin yazılma qaydaları:

Məruzənin mətni Microsoft Word redaktorunda yığılmalıdır. Həcmi 15 səhifəyə

qədər, formatı A4, Times New Roman, 12 pt, yuxarı və aşağı xətlər 20 mm, sol xətt 30

mm, sağ xətt 15 mm, sətirlərarası məsafə 1,5, abzas 1,25 olmalıdır. Müəllifin adı və

soyadının altında elmi dərəcəsi, elmi adı, təmsil etdiyi müəssisənin adı, ORCID ID və e-

poçt ünvanı qeyd olunmalıdır. Mətndə qeydlər, formullar, cədvəllər, qrafiklər və səhifə

nömrələri olmamalıdır. Mənbələr APA sisteminə uyğun şəkildə mətnin içində mötərizədə

verilir: məsələn, (Talıbzadə, 2006: 28). Müəllifi göstərilməyən ensiklopediya, toplu və s.-

lərə istinadda əsərin adı yazılmalıdır. “Ədəbiyyat” bölməsində ardıcıllıq əlifba sırası ilə

düzənlənir (10 pt), nömrələnmir, aşağıdakı nümunəyə uyğun göstərilir.

Linke, U. (1995). Power matters: The politics of culture in German folklore scholarship. History and Anthropology, 9 (1), 1-26.

Johnson, L. R., Kraemer, A., & Niekerk, C. (2021). Introduction: German Fairy Tales and Folklore in a Global Context. German Quarterly, 94(2), 160–164.

Dussen, J.V.D. (2012). History as a Science: The Philosophy of R.G.Collingwood, London, Springer.

Köprülü, M.F. (1999). Edebiyat araştırması. Ankara: Türk Tarih Kurumu.

Xülasə Azərbaycan, rus və ingilis dillərində tərtib olunmalıdır (10 pt, məsafə 1).

Açar sözlər 5-10 sözdən ibarət olmalıdır.

Konfransın dili – Azərbaycan dili

Əlaqə telefonu: +994 (12) 498–16–21.

Koordinator: fil.ü.f.d. Əmirli Elnarə – AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi.

İnternet ünvanı: www.folklor.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: