AR ETN Kataliz və Qeyri üzvi Kimya İnstitutunun elmi işçisi Ç.M.Şabanova, professor M.M.Əsədov, baş direktoru akademik D.B.Tağıyevin “Оптимальное Моделирование Химико-Технологических Процессов в Контексте Стратегии по Смягчению и Адаптации к Изменению Климата” adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada davamlı istehsal, enerji səmərəliliyi, tullantıların minimuma endirilməsi və dekarbonlaşmaya keçid üçün texnoloji innovasiya strategiyasının tətbiqinə yanaşma-lar haqqında məlumat verilir.
Həmçinin, kimya-texnoloji proseslərin optimal modelləşdirilməsinin iqlim dəyişikliyinə təsiri təhlil olunur. Qabarıq optimizasiya əsasında kimya-texnoloji proseslərin optimal sahələrinin müəyyən edilməsinin mövcudluğu və üstünlükləri üçün əldə edilən məlumatlar təqdim edilir. Rəqəmsal axının vizuallaşdırılması metodu təsvir olunur. Bir neçə kimya-texnoloji prosesin optimal dizaynının nəticələri göstərilir.
Xüsusilə, zəhərli tullantıların müəyyən edilməsi, tullantıların minimuma endirilməsi üçün proseslərin optimal dizaynı və enerji mənbələrinin istehsalı ilə bağlı ekoloji yönümlü kimyəvi-texnoloji proseslərin optimal modelləşdirilməsinin rəqəmsal vizuallaşdırılmasının nəticələri göstərilir.
Monoqrafiyada təqdim olunan elmi nəticələr tələbə və aspirantların elmi biliyinə müəyyən töhfələr verə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.