Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

BP Azərbaycan MEK-ə yeni dərsliklər hədiyyə edib
09.12.2025 14:02
  • A-
  • A
  • A+

BP Azərbaycan MEK-ə yeni dərsliklər hədiyyə edib

BP Azərbaycan şirkəti Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına yeni nəşrlər təqdim edib.

Son beş il ərzində bp tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində müxtəlif sahələr üzrə beynəlxalq dərsliklər Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunub. Bu təşəbbüs çərçivəsində Azərbaycan dilinə tərcümə edilən daha 5 adda 25 sayda “Ekonometrikaya giriş. Müasir yanaşma”, “Biznes və iqtisadiyyat üçün statistika”, “Korporativ maliyyə: əsas prinsiplər”, “İqtisadi idarəetmə və strategiya”, “Statistik nəticəçıxarma” adlı yeni dərsliklər kitabxanaya hədiyyə edilib.

Nəşrlər tələbələr, müəllim heyəti və iqtisadiyyat, maliyyə, biznes və statistika üzrə ixtisaslaşan tədqiqatçılar üçün dəyərli elmi mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: