Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hüseyn Cavid” monoqrafiyası yenidən nəşrə hazırlanıb
05.04.2016 09:21
  • A-
  • A
  • A+

“Hüseyn Cavid” monoqrafiyası yenidən nəşrə hazırlanıb

Məmməd Cəfərin “Hüseyn Cavid” monoqrafiyası yenidən nəşrə hazırlanıb.

Kitab Hüseyn Cavidin ilk mükəmməl tədqiqatçısı, görkəmli tənqidçi-ədəbiyyatşünas, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyni adlı monoqrafiyasının latın qrafikası ilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları tərəfindən hazırlanmış ilk nəşridir.

Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan bu kitab Hüseyn Cavid yaradıcılığına müraciət edən əksər tədqiqatçılar üçün etibarlı mənbədir.

Kitabın latın qrafikası ilə nəşrinin ideya müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, tərtibçi və “Ön söz” ün müəllifi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: