Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nardaranlı şairlərin növhələri” kitabı işıq üzü görüb
12.12.2025 11:56
  • A-
  • A
  • A+

“Nardaranlı şairlərin növhələri” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, İrs komissiyasının sədri Sona Xəyalın geniş ön söz yazaraq toplayıb nəşrə hazırladığı “Nardaranlı şairlərin növhələri” kitabı çapdan çıxıb.

Kitabda XIX-XX əsrlərdə yaşayıb-yaratmış müəlliflərin əsərləri toplanmışdır. Topluya ustad şairlərlə yanaşı həvəskar yazarların da növhələri daxil edilmişdir.

Qeyd edək ki, yeni nəşrin redaktoru Hacı Mustafa Mailoğlu, rəyçiləri fil.e.d., professor Raqub Kərimov, fəl.e.d., dosent Zəkiyyə Əbilova və şöbə müdiri Qutiyera Cəfərovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: