Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kitabi-Seyyid Battal Qazi (yazılı dastan abidəsi)” monoqrafiyası nəşr olunub
15.12.2025 09:49
  • A-
  • A
  • A+

“Kitabi-Seyyid Battal Qazi (yazılı dastan abidəsi)” monoqrafiyası nəşr olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın müəllifi olduğu “Kitabi-Seyyid Battal Qazi (yazılı dastan abidəsi)” monoqrafiyası işıq üzü görüb.

Təqdim olunan “Kitabi-Seyyid Battal Qazi” dastanı islamiyyətin yayılmasını anladan, islam carçısı Battal Qazinin qəzavətlərini əks etdirən oğuz-türk abidəsidir. “Battal Qazi” dastanı “Kitabi-Dədə Qorqud”dan sonra Anadoluda yaranmış dini və tarixi qəhrəmanlığı ehtiva edən əsərlərin ilkidir. Tədqiqatda “Kitabi-Seyyid Battal Qazi” dastanının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan yeganə əlyazma nüsxəsi üzərində tarixi, eləcə də filoloji-tekstoloji araşdırmalar aparılmış, dastanın mətninə müdaxilə edilmədən təkmilləşdirmək məqsədilə təkrar nəşri oxucuların ixtiyarına verilmişdir.

Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru fil.ü.f.d., dosent Əli Məmmədbağıroğlu, elmi məsləhətçisi fil.e.d., professor Azadə Musabəyli, redaktoru Jalə Rüstəmovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: