Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim Asiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib
15.12.2025 11:08
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Asiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib

AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Rza Mahmudov Asiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Asiya Elmlər Akademiyasını əsas ofisi Çinin Honkonq şəhərində yerləşir. Akademiya beynəlxalq elmi əlaqələrin genişlənməsini, innovativ tədqiqatları, kibertəhlükəsizlik üzrə müxtəlif layihələri həyata keçirməyi, bu sahədə dəyərli elmi nəşrləri, elmi tədqiqatları təbliğ etməyi qarşıya əsas məqsəd kimi qoyub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: