Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm və həyat” elmi-populyar jurnalının 2025-ci il üzrə sonuncu sayı çap olunub
19.01.2026 16:40
  • A-
  • A
  • A+

“Elm və həyat” elmi-populyar jurnalının 2025-ci il üzrə sonuncu sayı çap olunub

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2025-ci il üzrə 4-cü sayı işıq üzü görüb.

Jurnalın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki nitqi yer alıb. Həmçinin Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilib. O cümlədən AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Azərbaycan elminə və AMEA-nın 80 illiyi ilə əlaqədar göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə müraciəti yer alıb.

Daha sonra akademik İsa Həbibbəylinin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının miqyası və missiyası” adlı məruzəsi, filologiya elmləri doktoru, professor Məsud Mahmudovun “Süni intellekt: mif və reallıq”, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin “Azərbaycan ədəbi dilinin saflığı məsələsi”, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın “Ziya işığına yığışan sönməzlər (“Əkinçi” qəzetinin müxbirləri silsiləsindən - Əsgər ağa Görani)”, sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəylinin “Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin analitik tədqiqi”, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Qarabağ və Şərqi Zəngəzurun mineral sərvətləri”, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “AMEA Naxçıvan Bölməsi - muxtar respublikanın əsas elmi qurumu”, akademik Fuad Əliyevin və kimya üzrə fəlsəfə doktoru Sara Əzizovanın “Gəncə elmi mühitinin reallıqları”, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun “Qobustanın arxeoloji mədəniyyətləri”, Bəxtiyar Tuncayın “Kür-Araz mədəniyyəti dövrünə aid Türk damğaları”, Xanımbacı Məlikzadənin “Azərbaycan Səfəvi və Əfşar imperiyaları xristian missionerlərin məlumatlarında”, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının “Naxçıvanda məscid memarlığı”, coğrafiya üzrə fəlsəfə doktoru Məmməd Sadıqovun “Borçalı tarixi-coğrafi xəritələrdə”, tarix üzrə fəlsəfə doktoru Aqil Əhmədovun “Adı kosmosda əbədiləşən alim” adlı məqalələri, o cümlədən “Elm yolunda”, “Sağlamlıq” və “Meridian” rublikalı yazılarda dünya elmində olan yeni kəşflər və ixtiralardan  xəbər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: