Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəylinin ustad dərsi qardaş ölkənin mediasında geniş işıqlandırılıb
28.04.2026 16:05
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəylinin ustad dərsi qardaş ölkənin mediasında geniş işıqlandırılıb

Xəbər verdiyimiz kimi, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” adlı ustad dərsi keçib. AMEA rəhbəri bildirib ki, humanitar elmlərdə problemlər, dövrlər araşdırılsa da, milli-tarixi şəxsiyyətlər az öyrənilib.

Bununla bağlı qardaş Türkiyənin “yenibaskentgazetesi”, “avrasyaninsesi”, “akishaber”, “esanmel”, “kocaelihalkgazetesi”, “kocaelisehirgazetesi”, “manset”, “osmancik” və “çınaraltıkültürsanat” kimi saytlarında geniş material dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: