Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

11.05.2016 17:43
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinə yeni etnoqrafik eksponatlar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinə yeni etnoqrafik eksponatlar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyi xalqımızın zəngin mədəni irsinin toplanmasına, təbliği və elmi tədqiqinə daim diqqət göstərir, bu sahədə mütəmadi işlər aparır. Bu yaxınlarda muzey milli geyim nümunələri əldə edib.

XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid olan bu etnoqrafik əşyalar gümüş bəzəkli önlük, kişi baş geyimi şəbkülah və güləbətin tikməli yəhərüstündən ibarətdir. 

Milli geyim nümunələrindən önlük XIX əsrin sonuna aid olub Zaqatala bölgəsinə məxsusdur. Önlük qırmızı rəngli zərxaradan hazırlanıb, üzəri gümüş sikkələrlə bəzədilib. Kişi baş geyimi şəbkülah külah tipli konusvarı olub, üzəri firuzə qaşlı qızıl lövhəciklərlə bəzədilib.

Mərdəkan qəsəbə sakininə məxsus at üçün yəhər isə XIX əsrin sonlarına aid olub zolağı rəngli məxmərdəndir. Yəhərüstü güləbətin tikmə üsulu ilə bəzədilib.

Tarixi əşyalar muzeyin etnoqrafik materiallar kolleksiyasının zənginləşdirilməsində və xalqımızın geyim mədəniyyətinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: