Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2016 13:00
  • A-
  • A
  • A+

II Azərbaycan Elm Festivali çərçivəsində Geologiya və Geofizika İnstitutunda mühazirələr dinlənilib

II Azərbaycan Elm Festivali çərçivəsində Geologiya və Geofizika İnstitutunda mühazirələr dinlənilib

II Azərbaycan Elm Festivalı çərçivəsində AMEA-nın  Geologiya və Geofizika İnstitutunda (GGİ) müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşlarının mühazirələri dinlənilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov festivalın əhəmiyyətindən danışıb. O, festival çərçivəsində dinləniləcək məruzələrin ölkəmizdə elmlə təhsilin inteqrasiyasını gücləndirmək, elmi müəssisələrlə ali təhsil qurumları arasında əməkdaşlığı möhkəmləndirmək baxımından xüsusi önəm daşıdığını bildirib. Qeyd edib ki, qloballaşan dünyada bilik və təcrübə mübadiləsi, elmin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi dövrün tələblərindəndir. 

Daha sonra AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi KimyaRadiasiya Problemləri, Molekulyar Biologiya və Biotexnologiyalar institutları, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin alimləri geologiya, neft sənayesi, ekologiya, tibb və digər sahələri əhatə edən məruzələrlə çıxış ediblər.

Məruzələr institut əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: